Makron üzünə dəyən sillədən danışdı - VİDEO
9-06-2021 00:37
Baxış sayı:
4036
Fransa prezidenti Emmanuel Makron Drom departamentində xalqla ünsiyyətə girərkən bir vətəndaşdan aldığı sillə barədə danışıb.
"Musavat.com" xarici agentliklərə istinadla xəbər verir ki, o, bununla bağlı yerli “Le Dauphine” saytında fikirlərini bildirib.
E.Makron insidenti çox da şişirtməmək gərəkdiyini söyləyib.
“Gəlin hadisəni böyütməyək. Mən bunu fərdi fakt olaraq dəyərləndirirəm. Bu bizi əksəriyyətin maraqlandırdığı problemlərdən yayındırmamalıdır”, - deyə Fransa dövlət başçısı bildirb.
Xatırladaq ki, hadisədən sonra polislər iki şəxsi həbs ediblər.