​Əli Həsənovun nəvəsinin azadlığa buraxılması haqda SENSASİON İDDİALAR - "O, zatən cəza çəkmirdi ki..."

Kəmaləddin Heydərovun media şəbəkəsinin çökdürülməsi, oğlunun təşkilatının bağlanması, “Broker Əbülfəz”in çirkli biznes oyunu ötən həftə medianın diqqət mərkəzində olub

Baxış sayı:
22003

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Əli Həsənov
Beləlkilə, ötən həftə - 01-06 avqust 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Baş nazirin müavini Əli Həsənov olmuşdur. Onun haqqında “Əli Həsənovun avtomobillə adam öldürən nəvəsi azadlığa buraxıldı…”, “Əli Həsənovun nəvəsi komendaturaya göndərilib”, “Əli Həsənovun nəvəsi azadlığa buraxıldı”, “Əvəz Zeynallı baş nazirin müavininin nəvəsindən yazdı: "O, zatən cəza çəkmirdi ki"”, “Əli Həsənovun “avtoş” nəvəsi və dilənən şəhid anası”, “Cəmil Həsənli Əli Həsənovun nəvəsindən yazdı” başlıqlı 6 məqalə ümumilikdə 29 elektron KİV-də işıqlandırılmışdır.

Kəmaləddin Heydərov
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri fövqəlada hallar naziri Kəmaləddin Heydərov “KƏMALƏDDİN HEYDƏROVUN MEDİA ŞƏBƏKƏSİ ÇÖKDÜRÜLDÜ – “APA Holding”ə daxil olan saytlar bağlandı”, “Kəmaləddin Heydərovun oğlunun təşkilatı bağlanıb”, “Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı - Bakı ofisi də köçürüldü (YENİ-2)”, “Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı-BBC yazır” başlıqlı 4 məqalənin 12 elektron KİV-də yayılması ilə tutur.

Əbülfəz Məlikov
Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Əbülfəz Məlikov Səfər Mehdiyevi yenə biləcəkmi? - Faktlar gömrük şefinin əlindədir…”, “Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub... - çirkli biznes oyunları” başlıqlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə Broker MMC-nin rəhbəri Əbülfəz Məlikov tutur.

Xanım deputat və oğlunun 8 milyonluq cinayət işi...

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Elmira Axundovanın adı qarışan böyük dələduzluq işinin İLGİNC DETALLARI”, “Deputatın və oğlunun əmlakının siyahısı yayıldı -ŞOKA SALACAQ RƏQƏMLƏR”, “Elmira Axundovanın Elnur İbrahimovdan hesabat aldığı bilindi – səs yazısı+stenoqram”, “MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİ DƏ DEPUTATA MƏXSUSMUŞ – Səs yazısı”, “8 milyonluq cinayət işi – səs yazısı…”, ““ANAM SƏNİ ”YARIM SROK”a HƏBSDƏN ÇIXARACAQ” – 8 milyonluq cinayət işi + Səs yazısı”, “Elmira Axundova mətbuata müraciət etdi: “Məndən intiqam almağa çalışırlar!””, “Xanım deputat və oğlunun 8 milyonluq cinayət işi - səs yazısı... (AUDİO+FOTOLAR)”, “Deputat Elmira Axundovanın oğlu məhkəməyə sənədlər və video gətirdi: "Şantajdır, montajdır..."”, “Elmira Axundovanın Elnur İbrahimovdan hesabat aldığı bilindi” başlıqlı  10 məqalənin 35 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.

Hadi Rəcəbli
Elektron KİV-də ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri deputat Hadı Rəcəbli tutur. Onun barəsində “Hadi Rəcəbli: “Küçə təmizləyən qadınlar 3 saat işləyib 300 manat maaş alır, bu, ən yaxşı iş yeridir” – Video”, “Hadi Rəcəbliyə qarşı TƏXRİBAT: “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!””, “Hadi Rəcəbli o sözləri deyib?”” başlıqlı 3 məqalə 10 elektron KİV-də yayılmışdır.

Muxalifet.az