Lapşinin intihara cəhdinin - Təfərrüatı
11-09-2017 12:28

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Report-un məlumatına görə, A.Lapşin saxlanıldığı kamerada özünü asmağa cəhd edib.
Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində onun intihar etməsinin qarşısı alınıb. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.
Məlumata görə, hazırda A.Lapşinin səhhəti normaldır.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb.