“Kremlin SSRİ-ni bərpa etmək planı yoxdur”- Saakaşvilinin bəyanatına cavab verildi

Baxış sayı:
8761
Bu gün ölkə KİV-də, o cümlədən Moderator.az-da Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Rusiyanın yaxın 5 ilə SSRİ-ni bərpa etmək niyyəti var”bəyanatı haqqında məlumat yaymışdı. Kreml Saakaşvilinin bəyanatına cavab verib. 
 
Moderator.az İzvestiya qəzetinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Vladimir Peskov Saakaşvilinin məlum bəyanatını şərh edərkən “ Belə bir plan yoxdur”-deyib. 
 
 Xatırladaq ki, Saakaşvili: “ Vladimir Putin 2024-cü ildə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu və Ukraynanın “qərb hissəsi istisna olmaqla” əsas hissəsini birləşdirmək istəyir”-bəyanatını vermişdir.