Koronavirusdan qorunmaq üçün özünə qızıl maska düzəltdirdi - FOTO

Baxış sayı:
901

Özünü koronavirusdan qorumaq istəyən hindistanlı Şankar Kurade koronavirusa qarşı hazırlatdırdığı 289 min rupilik (təqribən 6600 AZN) maska ilə yerli və beynəlxalq medianın diqqətini üzərində cəmləyib.

Virtualaz.org xarici KİV-ə istinadla bildirir ki, o, başqa bir kişidə gümüşdən maska gördükdən sonra zərgərə belə bir sifariş verib.

Kuradenin sözlərinə görə, 2,5 kq qızıldan hazırlanan maskada nəfəs almaq üçün kiçik dəlik var.

“Qızıl maska ilə küçəyə çıxanda hamının diqqət mərkəzinə düşdüm. Ailəmin qızıla olan marağı bu tərəflərdə məşhur olsa da, qızıl maska tam yenilik idi, ona görə insanlara maraqlı gəlir”, - deyə o bildirib.

Ekspertlərin sözlərinə görə, Hindistanda həmin qeyri-adi qoruyucu vasitəyə xərclənən pula təxminən 1,075 milyon adi maska almaq olar.