​Köçəryanın müdafiəsinə qalxan deputatların sayı 45 nəfərə çatdı

Baxış sayı:
3886

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdən azad edilməsini istəyən deputatların sayı 45-ə çatıb.
Muxalifet.az bildirir ki, musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan deyib ki, Ermənistan parlamentinin 45 deputatı eks-prezidentin azadlığa buraxılması ilə bağlı müraciəti imzalayıb. Ancaq o qeyd edib ki, apelyasiya şikayətinə nə zaman baxılacağı məlum deyil.
Xatırladaq ki, R.Köçəryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə ittiham olunur. Köçəryan özü isə ölkənin konstitusiya quruluşunu zorakılıqla dəyişdirilməkdə günahlandırılması barədə ittihamı siyasi sifariş sayıb.