​"Kimisə öldürməli idim, qarşıma o çıxdı" - Ruhi xəstədən ŞOK SÖZLƏR

Baxış sayı:
3364

Dünən Masallı rayonunun Mollaoba kəndində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, kənd qəbiristanlığında nəzarətçi işləyən 1970-ci il təvəllüdlü Urfan Həsənovu bıçaqlayaraq öldürən İlqar Camalovun əvvəllər məhkum edildiyi, həm də psixi xəstə olduğu müəyyənləşib. Həmin kəndə qonaq gedən İ.Camalov Sumqayıt şəhərində qeydiyyatda olub və ciddi bir səbəb olmadan qətl törətdiyi məlum olub. Kənd sakinlərinin bildirdiyinə görə, İlqar Camalov hadisəni törədəndən sonra kimisə öldürməli olduğunu deyib: “Bu gün kimisə öldürməli idim. O rastıma çıxdı, onu da öldürdüm”. Müəmmalı qətllə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, İ.Camalov artıq həbs edilib.