Kamil Zeynallı azadlığa buraxıldı

Baxış sayı:
2797

Həbsdə olan idmançı Kamil Zeynallı azadlığa buraxılıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə şəxsi İnstaqram səhifəsində yazıb: “Çox şükür, hər şey yaxşıdır. Məni bu gün saat 17:00-da buraxdılar. Dövlətimizdən, hər kəsdən razıyam, heç nədən narazılığım yoxdur. Səhvimiz var idi, cəzamızı da çəkib gəldik. 10 gün nədir ki?! Camaat illərlə həbsdə yatır. Allah içəridə olan hər kəsin qapısını açsın. Başda Ramin müəllim olmaqla bütün işçilərdən çox razıyam. Mənimlə hamı ilə olduğu kimi davrandılar. İnsan hara gedir getsin, özünü necə aparırsa, onunla da o cür rəftar edirlər. Maraqlanan, maraqlanmayan hər kəsə təşəkkürümü bildirirəm”. Xatırladaq ki, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub. Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.