İvanka Trampdan sürpriz qərar!

ABŞpPrezidenti Donald Trampın qızı Ivanka Tramp, öz adını daşıyan geyim və ayaqqabı dizayn şirkətini bağlama qərarı aldığını bildirib.
Tramp, etdiyi yazılı açıqlamada, "Bu markanı ilk yaradanda heç kim əldə edəcəyimiz uğuru təxmin edə bilməzdi. Vaşinqtondakı 17 aydan sonra iş həyatına qayıdıb, qayıtmayacığımı bilmirəm, amma bir şey bəllidir ki, hazırda Vaşinqtondakı işimə köklənəcəyəm. Buna görə də indi bu qərarı vermək komandam və tərəfdaşlarım üçün yeganə ədalətli nəticədir" deyə, qeyd edib.
4 il əvvəl qurulan şirkət qısa müddətdə böyük markalar arasına girmişdi.
Qeyd edək ki, İvanka Trampın atası tərəfindən Ağ Evə məsləhətçi təyin olunmasından sonra "Ivanka Trump" markasına qarşı "Pul Kisəsinə sahib çıx" adı altında kampaniya başlamışdı.
İvanka Trampın Ağ Evdəki vəzifəsinə başlamasından sonra ABŞ-dakı pərakəndə mağaza şəbəkəsi Nordstrom "Ivanka Trump" markasına aid məhsulların satışını dayandırmışdı.
Müxalifət.az