​İtaliyalı futbolçu: "Qarabağ"a qol vuranda atam telefonu sındırdı

Baxış sayı:
8050

​İtaliyalı futbolçu: "Qarabağ"a qol vuranda atam telefonu sındırdıİtaliyanın "Fiorentina" klubunun futbolçusu Federiko Kyeza atası Enriko Kyeza ilə münasibətlərindən danışıb.
Muxalifet.az-ın məlumatına görə, 21 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qolu da xatırlayıb: "Peskara" ilə oyunda qırmızı vərəqə almışdım. Həmin vaxt atam 3 gün mənimlə danışmadı. Amma "Qarabağ"a qol vuranda atam sevincindən telefonunu sındırdı".
Qeyd edək ki, Federiko Kyeza 2016-2017 mövsümündə Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda səfərdə "Qarabağ"la oyunda fərqlənib. Hücumçu 84-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. O, 1996-2001-ci illər ərzində İtaliya milli komandasında çıxış etmiş məşhur Enriko Kyezanın oğludur.