İsveçdən Trampa sərt təpki

Baxış sayı:
3172

ABŞ prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinlə Finlandiyanın paytaxtı Helsinkidə gerçəkləşdirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında verdiyi açıqlamalar, İsveçin xarici işlər naziri Margot Wallström və keçmiş nazir Karl Bild tərəfindən sərt tənqid edilib.
 
İsveç dövlət televiziyası SVT-də çıxış edən İsveç xarici işlər naziri Wallström, “Amerika tərəfi Rusiyanın Krımın qeyri-qanuni ilhaqı haqqında heç bir şey demədi” deyə, Trampı tənqid edib.
İki dünya liderinin görüşündə ABŞ tərəfindən Rusiyanın ünvanına heç bir tənqid deyilmədiyinə diqqəti çəkən Wallström, “Burada mövqeyimiz artan gərginliyin voltajının dialoqla düşürülməsindən yanadır, amma bu toplantıda təəssüf ki, heç bir problem gündəmə gətirilmədi” deyib.
 
TRAMP, NARAHATÇILIQ VERƏCƏK ŞƏKİLDƏ ZƏİF OLDU
 
Keçmiş xarici işlər naziri Karl Bild isə görüşdə ABŞ prezidenti Trampın narahatlıq verecek dərəcədə zəif olduğunu bildirib. Bild, “Tramp, Rus siyasəti haqqında bircə tənqidi dilinə gətirmədi” deyib.
Trampın görüşdə formada olmadığını bildirən Bild, "Tramp, Ukrayna haqqında bir söz belə demədi. Suriyanın vəziyyəti haqqında heç bir şey deyilmədi. Tramp, narahatlıq verəcək şəkildə Putin qarşısında aciz qaldı. Putin, hər şeyə hakim göründü” deyə, söyləyib.
Müxalifət.az