İstanbulda terror törədən PKK-çılar həbs olundu

Baxış sayı:
1441

İstanbulda terrorla mübarizə əməliyyatları çərçivəsində nəzarət altına alınan 8 şübhəlidən 4-ü həbs edilib.
Muxalifet.az xəbər verir ki, Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyatlarda həbs edilənlər arasında PKK-nın adından İstanbulda terror əməlləri törədən Seyhan Ç., logistik və kadrlara görə məsuliyyət daşıyan Fərda Y. da olub. Şübhəli bilinən digər 4 nəfər isə şərti azadlığa buraxılıb.
Əməliyyatlar zamanı təşkilatın sənədləri və rəqəmsal materiallar ələ keçirilib.