İstanbulda ruslar Suriya müharibəsinin yaradıcılarından birini - ingilis casusunu öldürdü: Sok Detallar-"Əsədin vəhşiliklərindən kimyəvi silah ittihamına qədər"

Baxış sayı:
610

https://vzqlyad.ru/
İstanbul valisi Ali Yerlikaya şəhərin Bəyoğlu məhəlləsində cəsədi tapılan sabiq ingilis kəşfiyyat zabiti James Qustav Edvard Le Mesurierin ölümü ilə bağlı açıqlama verdi. Ölü tapılan sabiq ingilis casusun ofisinə kaqoyla paket gəlib. Paketin üzərində Nihad Sarmini adı yazılı olub. Bu adamın – Sarmininin isə Le Mesurierin ölümüylə bağlı sosial şəbəkədə kədərli paylaşmaları ortaya çıxdı. Paylaşımda, “Bu səhər böyük bir şok hadisə olub. James Le Mesurier bizə bütün toplantılarda “daha çox həyat xilas etmək üçün nə edə bilərik, deyərdi. Huzur içində yatsın”, deyə yazıldığı bildirirlir.

Sarmininin sosial şəbəkə məlumatlarında Suriyanın İdlib şəhərindən olduğu qeydə alınıb. İngilis caususun xanımı Hedvinq Christinanın yaxınları evin olduğu küçəyə gəlib gül qoymaq istəyiblər, mətbuat nümayəndələri gördükdən sonra uzaqlaşıblar.
Həmçinin “vzqlad.ru” saytından verilən məlumata görə Böyük Britaniya vətəndaşı olan James Le Mesurier Suriyadakı “Ağ dəbilqə” qeyri-hökümət təşkilatının qurucusudur.
Br neçə gün əvvəl Bəşər Əsəd bu təşklatı “xalqı Suriya hakimiyyətinin əleyhinə qaldırmaqda” günahlandırmışdı və bütün ingilis mətbuatı onun ölümündə Rusiyanı günahlandırdılar. Görünür ki, bu hekayə hələ indi başlayır.
Bəzi məlumatlara görə bu adamın genetik mənşəyi Qalib Vilhelm və normanların dövrünə gedib çıxır, Sandxerst ingilis hərbi məktəbini fərqlənmə ilə bitirib, hətta Britaniya kraliçasından medal da alıb. Krallığın hərbi qüvvələrinin zabiti olub, amma hansı rütbə ilə istefaya çıxdığı və hansı qoşun növündə xidmət etdiyi də sirrdir. Amma dəqiq məlumdur ki, Bosniyada sülhməramlıların tərkibində, Priştinada, Kosovada kəşfiyyatın üzvü olub. Daha sonra istefaya çıxaraq Yaxın Şərqdə məşhur Blackwater təşkilatında məsləhətçi işləyib. Əvvəlcə “Olive Group”,  ABŞ kəşfiyyatının “çar” ləqəbli veteranı Riçard Klarkın rəhbərliyi altında “Principal at Good Harbor Consulting”-də FKB-nin antiterror əməliyyatlarında çalışıb. Le Mezurye Abu –Dabidə yaşayıb və oradan təhlükəsizlik orqanlarının işlərini koordinasiya edib. Daha sonra o,fəaliyyətini Suriyada davam etdirmək qərarına gəlir və “Ağ dəbilqəlilər”i yaradır. 

Əslində bu təşkilatın Suriya əhalisinə “humanitar yardım” məqsədilə yaradıldığı bildirilirdi və məlumata görə bölgəgə “cihadçi”larla, “ən-Nusra”ilə sıx əlaqədə işləyiblər. Dəfələrlə “Əsədin vəhşilikləri”, “Əsəd ordusunun kimyəvi silahdan istifadə etməsi” haqda videoçarxlar hazırlayıblar.
Tamamilə açıq desək, “anqlosakson mətbuatına” bu qurama videomaterialların verilməsindən sonra cihadçılar peyda oldu və ölkədə vətəndaş müharibəsi başladı. Məhz köhnə Suriya ordusunun korrupsiyaya uğramış hissəsinin və liberalların bu müharibədə böyük rolu oldu.
Silahlı cihadçılrla bir yerdə “Ağ dəbilqə”lilərin böyük hissəsi ( xarici casus şəbəkəsi) İsrailin köməyi ilə Avropaya köçürülüb. Həmin bu dəstənin bel sütunu üzərində hazırda İdlibdə bəlli olmayan əməliyyatlar aparılır. Anqlosakson dünyasında bu videoçarxların həqiqiliyinin təsdiqlənməməsinə baxmayaraq, hələ də informasiya mənbəyi kimi qalmaqdadır. Bu sosial şəbəkələr kimi süni reallıqdır. Çox az adam məlumatın mənbəyi ilə maraqlanır, buna görə də “Ağ dəbilqəlilər” təşkilatı kimi qurumlar informasiya müharibələrində istifadə ediləcəklər. Ağ dəbilqələr 2013-cü ildən bəri ABŞ-dan 210 milyon dollardan çox  maliyyə almağa davam edirlər və özlərini yaxşı hiss edirlər. Keçən həftə liderlərindən biri Londonda Xarici İşlər İdarəsinin xarici işlər katibi Andrew Morrison ilə görüşdü, sonra Ağ dəbilqələrin "Rusiya tərəfindən diskreditasiya kampaniyasının obyekti” olmasını bəyan etdi.

İndi bu yanaşma Anglo-Sakson dünyasında hökm sürür: hər ikinci media orqanı, RT, Sputnik və Çin Xinhua xəbər agentliklərinin Ağ dəbilqələrə hücum etdiklərini və praktik olaraq "müqəddəs insanları" ləkələdiyini iddia edir. "Müqəddəslər" statusu, Amerika platforması olan Netflixin Ağ dəbilqələr haqqında sənədli filmə görə aldığı “Oscar”a görə verilib.
Keçən həftə Rusiya Xarici İşlər Nazirliyi, İngiltərə Xarici İşlər Nazirliyinin açıqlamalarına reaksiya verdi. Maria Zaxarova həftəlik brifinqinin bir neçə dəqiqəsini Le Mezure-nin simasına həsr etmiş və onu "keçmiş Britaniya kəşfiyyatçısı" adlandırmışdı. Bu gün İngiltərə və Amerika mediasında yayımlanan yazıların 99% -i Zaxarovanın bu çıxışından sitat gətirir və demək olar ki, Rusiyanı, Rusiya XİN-i açıqca “bu adamı özünüoldürmə həddinə çardırmaqda” ittiham edirlər. James Le Mesurier-in Twitterdə Zaxarovanın paylaşımını oxuduğunu və bunun onun ruh halına necə təsir etdiyi hələ müəyyənləşdirilməyib.
İngilis casusun ölüm faktı barədə bir neçə versiya olsa da Anglo-Sakson mətbuatının yayımladığı versiya budur:
Rusiya agentlərinin insanları Bəşər Əsədin dəhşətli rejimindən xilas edən humanitar bir QHT qurucusu Ceyms Le Mezure'nin öldürülməsi. Bu versiyanın bir variantı kimi: Rus təbliğat maşınının ona verdiyi psixoloji təzyiq onu faciəvi sona çatdırdı.
Önümüzdəki altı ayda nə edəcəyik. Le Mezurier məsələsinin başqa bir "Skripals davasına" skandalına çevriləcəyinə əmin ola bilərsiniz.
İstanbul küçələrində GRU "agentlərini" axtarmağa hazır olun. Rusiyalı turistlər xüsusilə narahat olmalıdırlar, çünki Beyoğlu şəhərin ən çox turistik bölgəsidir.
Muxalifet.az, Şükürova Ülviyyə