İSTANBULDA NÖVBƏTİ ATIŞMA - 1-i Azərbaycan vətəndaşı olmaqla 3 nəfər öldürüldü / VİDEO
Ötən gün martın 31-də axşam saatlarında İstanbulun Başakşehir rayonunda, küçənin ortasında iki silahlı qrup arasında atışma baş verib.
Türkiyə KİV-ləri xəbər verir ki, atışmada 1-i Azərbaycan vətəndaşı olmaqla 3 nəfər öldürülüb, bir nəfər suriyalı yaralanıb.
Hadisə yerli vaxtla saat 18.00 radələrində baş verib. Hamısı xarici vətəndaşlar olan 6 nfər arasında əvvəlcə sözlü mübahisə başlayıb, sonra silahlar işə düşüb. Atışma zamanı Rusiya vətəndaşı olan iki çeçen-Z.N. və K.Y. aldıqları güllə yaralarından hadisə yerində ölüblər. Azərbaycan vətəndaşı R.R. isə yaralı halda xəstəxanaya çatdırılıb, amma orada keçinib. Bir suriyalının da ağır yaralandığı, reanimasiyada olduğu bildirilir.
Atışmanın hansısa pul məsələsi üstündə baş verdiyi bildirilir, atışmada yaralanan suriyalının yanında olan Gürcüstan vətəndaşı 3 nəfərin qaçdığı məlum olub. Polis hər yerdə onları axtarır. Polis öldürülən 2 çeçenlə eyni qrupda olan və hadisə yerindən qaçmağa imkan tapmayan 3 şübhəlini saxlayıb. Hadisə insanların gediş-gəlişinin sıx olduğu yerdə baş verib, bəziləri mobil telefonlarla baş verənləri çəkiblər./Virtualaz.org