İsraildən Mərhəmət Qapısındakı məscidi bağlama siqnalı

Baxış sayı:
6007

 İsrailin dövlət təhlükəsizliyi naziri Gilad Ertan Məscid-i Aksa-dakı Rəhmət Qapısında yerləşən məscidin istifadəsinə icazə verməyəcəklərini bildirib.
 
İsrail polislərinin buraxılış mərasiminə qatılan Ertan Hərəmi Şərifin şərq hissəsində yer alan və təqribən 16 illik fasilədən sonra 22 fevralda Fələstinlilər tərəfindən açılan Rəhmət Qapısında məscidə dair açıqlama verib.
Məscid-i Aksa-nı "Məbəd Təpəsi" kimi səciyyələndirən Ertan, "Qüds İslami Vəqflər İdarəsi tərəfindən “Məbəd Təpəsində” (Məscid-i Axsa) yeni bir məscidin açılmasına və status-kvoda hər hansı bir dəyişiklik aparılmasına icazə verməyəcəyik" deyib.
Müxalifət.az