"İSİD onları təxminən 15 dəqiqə sonra..." - ABŞ-ın SURİYADAN ÇIXMAMASININ SƏBƏBİ...

Baxış sayı:
3606

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayan Suriya hakimiyyətinin Fərat çayının kənarındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır olduğuna şübhə edir.

Muxalifet.az trend-ə istinadən bildirir ki, Kanadada keçirilən təhlükəsizlik forumunda R.O'Brayandan ABŞ-ın Suriyanın şərqindəkı neft yataqlarını İŞİD-dən qorumaq üçün qoşunlarını saxlamağını bildirən prezident Donald Trampın sözlərinə aydınlıq gətirilməsi istənildi.

R.O'Brayan dedi: "ABŞ ona görə ordadı ki, bu neft yataqlarının İŞİD-in əlinə keçməsini istəmirik. Sonuncu dəfə rejim (Suriya hakimiyyəti) bu yataqlara sahib olduqda, İSİD onları (yataqları) təxminən 15 dəqiqədən sonra geri ala bildi".