İsgəndər Hüseynov 3 nəfərin qətlini sifariş edib

Baxış sayı:
6343

Rusiyanın Ulyanovsk vilayətində 61 yaşlı azərbaycanlı İsgəndər Hüseynov saxlanılıb. O, 2009-cu ildə “üç nəfərin qətlinin hazırlanmasında və təşkil edilməsində” ittiham olunur.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, indiyə kimi o, Azərbaycanda və Moskva vilayətində gizlənib.
Daha öncə istintaq və məhkəmə araşdırması nəticəsində belə nəticəyə gəlinib ki, 2009-cu ilin payızında Hüseynov və onun əlaltısı Mərdanov Ulyanovskda sahibkarlardan birini qətlə yetirmək fikrinə düşüblər. Onlar qətlin həyata keçirilmısini Daqayevə tapşırıblar ki, sonuncu bu məqsədlə dəstə toplayıb.
Qətlin həyata keçirilməsi 2009-cu ilin oktyabr ayının 14-nə planlaşdırılıb. Qəttin bilavasitə icraçı olan şəxs səhv edib və Ulyanovsk gömrüyünün əməkdaşı ilə onun arvadını güllələyib. Həkimlərin vaxtında müdaxiləsi sayəsində təsadüfi qurbanlar sağ qalıblar.
Məhkəmənin qərarı ilə dəstə üzvləri 2 ildən 19 ilədək azadlıqdan məhrum ediliblər. Cinayət işi üzrə istintaq davam edir.