İraqda gərginlik artır: partiya binalarına hücuma keçildi
14-07-2018 22:24
Baxış sayı:
1708

İraqda işsizliyə və elektrik kəsintisi ilə bağlı başlayan aksiyalar çərcivəsində xalq Hillə şəhərindəki partiya binalarına hücum edib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb. Məlumata görə, etirazçılar ölkənin sabiq baş naziri Nuri əl-Malikinin liderlik etdiyi və Prezident Heydər Abadinin üzv olduğu İslami Dövlət Partiyası ilə Fazilət Partiyasının binalarına hücum edib.