İraq İrana qarşı ABŞ-ın yanında yer aldı

Baxış sayı:
6514

İraq prezidenti Məsum, "Əl-Ura İraq" televiziyasına verdiyi müsahibədə, "İraqın vəziyyəti və İran ilə münasibətimizin gərəyi olaraq ABŞ-ın İrana sanksiyalarına riayət etməyimiz çətin olar" deyib.
 
Məsum, İraqın haihazıkı qarşıdurma şəraitində tərəf olmamasının gərəkliyini qeyd edib.
İraqın baş naziri Heydər əl-İbadi də paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında məsələyə toxunaraq, "İraq olaraq beynəlxalq sanksiyalara qarşıyıq. İraq, bunun acı təcrübəsini yaşadı. Sanksiyalar ölkəni və xalqı yorub" deyə, söyləyib.
 
Xalqımızın zərər görməməsi üçün tabe olacağıq
 
Bununla belə, İraq xalqını düşünərək hərəkət edəcəklərini bildirən İbadi, “İran sanksiyaları ilə maraqlanmayacağıq, ancaq xalqımızın zərər görməməsi üçün buna tabe olacağıq. Nəticədə biz də beynəlxalq iqtisadi sistemdən kənarda qala bilmərik" deyərək, dolayısı ilə sanksiyalarla bağlı ABŞ-ın yanında durduqlarını ortaya qoyub.
Qeyd edək ki, İran-İraq arasında 9 sərhəd məntəqəsi var. İraq, qonşusu İrandan böyük ölçüdə ərzaq, tikinti, tibb materialları, elektrik və yanacaq idxal edir.
Müxalifət.az