İraq hakimiyyəti kürdlərin neft gəlirlərini araşdırır - KOMİSSİYA YARADILDI

Baxış sayı:
3608

İraq hakimiyyəti Kürd Regional Rəhbərliyini neft gəlirlərini Bağdadla bölüşməməkdə ittiham edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İraq parlamenti məlumat yayıb. Məlumata görə, İraq hakimiyyəti Kürd Regional Rəhbərliyinin neft ixracatı gəlirlərinin araşdırılması üçün 7 nəfərlik komissiya yaradıb. Komissiyanın Kürd Regional Rəhbərliyinin ixrac etdiyi neftin miqdarını və gəlirlərini araşdıracağı və bir həftə ərzində hesabat hazırlayacağı bildirilib.