İranlı nazirdən özünü tənqid: GƏLƏCƏK NƏSİLLƏRƏ HEÇ NƏ BURAXMADIQ

Baxış sayı:
481

İranın Ətraf Mühit Təşkilatının sədri İsa Kələntəri, ölkəsinin geoloji problemləri ilə bağlı açıqlama verib.
 
İran rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Kələntəri, ölkə torpaqlarının hektar başına 12 tonluq erroziyaya uğradığını və bu statistikanın illik hesabatlara əks olunduğunu söyləyib.
Kələntəri, "Torpaq problemi, ABŞ və ya İsraillə bağlı deyil, keçmiş illərdə aparılan yanlış siyasətlərin nəticəsi kimi ortaya çıxıb. İran torpaq problemində dünyada birinci yerdədir" deyib.
Ətraf mühit sahəsində beynəlxalq standartlara əməl edildiyi təqdirdə sənaye müəssisələrinin 80 faizinin bağlanması lazım olduğunu bildirən Kələntəri, xüsusilə Tehran zavodu və avtomobil zavodunun ətraf mühitə vurduğu zərərə görə, bağlanmalı olduğunu ibildirib.
Kələntəri, İrandakı bütün çayların qurduğunu xatırladaraq, gələcək nəsillərə heç bir şey buraxmadıqlarını söyləyib.
Müxalifət.az