İran və Türkiyə PKK-ya qarşı birgə əməliyyatlara başladı

Baxış sayı:
5626

İran və Türkiyə PKK terror təşkilatının silahlı döyüşçülərinə qarşı birgə əməliyyatlar həyata keçirməyə başlayıblar. 
Bu barədə Anadolu agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 
“Türkiyə və İran martın 18-i səhər saatlarından etibarən PKK terrorçularına qarşı sərhəddə birgə əməliyyatlar keçirirlər”- agentlik yazıb. 
Bununla belə, əməliyyatların keçirildiyi rayonun adı və təfərrüatlar barədə heç bir məlumat verilmir./Azvision