"İran-Türkiyə münasibətləri yeni dövrə qədəm qoydu" – İran prezidenti
11-09-2017 16:10

İran prezidenti Həsən Ruhani Ankara-Tehran xəttində son dövrlər baş verən görüşlərdən sonra yeni açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, Ruhani iki ölkə arasındakı münasibətlərin yeni bir dövrə girdiyini söyləyib.
İran prezidenti Qazaxıstanda türkiyəli həmkarı ilə görüşdükdən sonra açıqlama verib. İranlı jurnalistlərlə söhbət edən Ruhani deyib: "Türkiyə ilə münasibətlərimiz yeni dövrə qədəm qoydu. Bu səfərdə də Ərdoğanla görüşdük. Türkiyə prezidenti ilə keçirdiyimiz görüşdə iki ölkə arasındakı münasibətlərdə yeni bir pəncərənin açıldığını dəyərləndirdik".
Ruhani hərbi əməkdaşlıq və təhlükəsizlik mövzusunda yeni addımlar atıldığını bildirib.