İran Rusiyada şərtlərini açıqladı: SURİYADAN ÇƏKİLMƏYƏCƏYİK, LAKİN..

Baxış sayı:
2869

Rusiyaya səfər edən İranın dini lideri Xamneyinin köməkçisi, Suriyadakı daxili müharibədə Moskva ilə birlikdə Əsəd rejimini qorumağa davam edəcəklərini, ABŞ və İsrailin tələblərinə tabe olmayacaqlarını söyləyib. ABŞ prezidenti Tramp isə, NATO sammitindən sonra Vaşinqton və Tehran arasındakı gərginliyin artacağını açıqlayıb.
 
Rusiyada açıqlama verən İranın dini lideri Ayətullah Əli Xamneyinin müavini Əli Əkbər Vilayəti, Suriyada hərbi güc olaraq qalacaqlarını açıqlayıb.
ABŞ və İsraildən gələn "çəkilmə" tələblərinə uymayacaqlarını vurğulayan Vilayəti, Tehran və Moskvanın Suriyadakı Bəşşar Əsəd rejiminin arxasında dayanmağı davam etdirəcəyini elan edib.
İranlı səlahiyyətli, "Əgər İraq və ya Suriya hökumətləri istəsə, biz dərhal iki ölkədən ayrılarıq. Ancaq ABŞ və İsrailin təzyiqləri ilə deyil" deyib.
NATO Sammitindən sonra Tramp, "Bizimlə İran arasında bir gərginliyin artacağını düşünürəm. Keçmişlə nisbətdə bizə hazırda daha çox hörmətlə davranırlar. Bir çox problem yaşadıqlarını və iqtisadiyyatlarının çökməkdə olduğunu bilirəm. Ancaq sizə deyirəm, bir məqamda məni axtaracaqlar və bir müqavilə bağlayaq, deyəcəklər və bir müqavilə bağlayacağıq. Amma hazırda canları yanır" deyib.
Müxalifət.az