“İran nüvə razılaşmasını ləğv etməyə heç bir əsas yoxdur” — TRAMPI ƏZƏN QƏRAR

İranın nüvə razılaşmasını ləğv etmək üçün hələlik heç bir əsas yoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bildirib. O, BMT-də çıxış edərkən bildirib ki, hazırda İran nüvə razılaşmasının bütün öhdəliklərini yerinə yetirir.
“İlk öncə bildirmək Istəyirəm ki, İran nüvə müqaviləsinin bütün tələblərinə əməl edir. Proqrama əsasən, İranın nüvə istehsalının həcmini azaldıb. Nüvə obyektləri daim müfəttişlərimizin sərt nəzarəti altındadır. Baş verən bütün proseslərdən məlumatlıyıq”, - deyə Yukiya Amano bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə müqaviləsinin ləğv edilməsini tələb edib. O, bildirib ki, bu müqavilə bütün dünya üçün təhlükə törədir.
Xatırladaq ki, İranın nüvə razılaşması 2015-ci ilin iyul ayında İran ilə Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.