​İran kosmosa raket buraxmağa hazırlaşır – PEYK GÖRÜNTÜLƏRİ

Baxış sayı:
16889

“İran növbəti kosmik raket buraxılışına hazırlaşır”.

Muxalifet.az xəbər verir ki, bunu “Maxar Technologies” şirkətinin əldə etdiyi peyk görüntüləri sübut edir.

AP agentliyinin məlumatına görə, fotoda İranın Semnan əyalətində yerləşən İmam Xomeyni adına kosmodrom əks olunub. Onlardan birində raket buraxılış meydançasına daşınır, ikincisində isə artıq şaquli vəziyyətdədir.

İran rəsmiləri raket buraxılışı barədə məlumat verməsələr də, 2022-ci ilin mayında IRNA agentliyi 2023-cü ilin martına qədər yeddi peykin orbitə buraxılacağını bildirib.

Muxalifet.az