İntihar etmək istəyən qadın belə xilas edildi – ANBAAN VİDEO

Baxış sayı:
6097

Türkiyənin İstanbul şəhərində intihar edən şəxsi başqa bir şəxs xilas edib.
Muxalifet.az Türkiyə mətbuatına istnadən xəbər verir ki, kimliyi məlum olmayan bir şəxs özünü dəmir yoluna ataraq intihar etmək istəyən qadının həyatını xilas edib. 
Belə ki, intihar etmək istəyən qadın qatarın stansiyaya daxil olmasına az qalmış özünü reyslərin üzərinə atıb. Bu zaman stansiyada olan digər bir şəxs qadını xilas etmək üçün özünü reyslərin üzərinə atıb. O, qadını tutub boş olan reysin üzərinə ataraq ölümdən qurtarıb.
Mühafizə kameralarına düşən görüntünü izləyənlər hadisəni rəğbətlə qarşılayıblar. Video sosial şəbəkə istifadəçiləri arasında sürətlə yayılıb. Hər kəs qadını xilas edən şəxsi qəhrəman adlandırıb.