İNTERPOL Qaşıqçı qatillərini axtarışa verdi

Baxış sayı:
5974

 Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinə dair İnterpol Türkiyənin tələbi ilə qırmızı bülleten çıxarıb. Edam heyətində yer alan 20 Səudiyyə şübhəlisi bütün dünyada axtarılacaq.
 
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Qaşıqçını öldürən edam heyətində iştirak etdiyi müəyyən olunan 20 Səudiyyə vətəndaşı haqqında qırmızı bülleten çıxarılması tələb edilmişdi.
Türkiyənin bu tələbi İnterpol tərəfindən qəbul edilib.
Müxalifət.az