İngiltərənin baş naziri Teresa Mey-ın istefa açıqlaması

İngiltərənin baş naziri Teresa Mey “Brexit” müqaviləsi başa çatdıqdan sonra vəzifəsindən istefa edəcəyini açıqlayıb.
Baş nazir Mey bu ifadələri işlədib:
''Parlament qrupunun ruhi vəziyyətini açıqca gördüm. Brexit müzakirələrinin ikinci mərhələsində yeni bir yanaşma və yeni liderlik istənilir. Mən bunu dayandırmayacağam. Ölkəmiz və partiyamız üçün bu vəzifədən daha əvvəl istefa verməyə hazıram.
Bilirəm bəziləriniz əgər Brexit razılaşmasına dəstək versəniz mənim bunu müzakirələrin ikinci mərhələsini həyata keçirmək üçün bir səlahiyyət sayacağımdan narahatdır. Xeyr, etməyəcəyəm. Bu otaqdakı hər kəsdən razılaşmaya dəstək olmasını istəyirəm ki, tarixi vəzifəmizi tamamlaya bilək. İngilis xalqının qərarını həyata keçirib, AB-dən hamar və nizamlı bir şəkildə ayrıla bilək'.'
Mey-in AB ilə vardığı Brexit anlaşması yanvar ayının 15-də və martın 12-də böyük çoxluqla parlamentdə rədd edildi. Mey-in Brexiti təxirə salma tələbi ilə AB tərəfi iki müddət müəyyən etdi.
İngilis Parlamenti Brexit müqaviləsini təsdiqləsə, Britaniya 22 mayda AB-dan ayrılacaq. Əks halda ayrılma tarixi 12 aprel olacaqdır. Mey yenidən müqaviləni parlamentə qaytarmaq üçün lazım olan dəstəyi tapmağa çalışır.
İngilis Parlamentinin alt qanadı bu gün yerli saatla 19.00 da aralarında Brexit'in ləğvi ilə yeni referendumun keçirilməsinin də olduğu 8 fərqli Brexit ssenarisini səsverməyə çıxaracaq.
Britaniya hökuməti Brexit müqaviləsini cümə günü parlamentə təqdim edə biləcəyini ifadə edib.
Müxalifət.az