İncə məqsədinə çata biləcəkmi? - CHP son nöqtəni qoydu
6-08-2018 19:53
Baxış sayı:
2854

Türkiyə Cümhuriyyət Xalq Partiyasında yeni sədrin seçilməsi ilə bağlı qurultay baş tutmayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə CHP-dən məlumat verilib.
Bildirilir ki, qurultayın keçirilməsi üçün 569 imza toplanılıb, ancaq bu kifayət deyil. Qurultayın keçirilməsi üçün 630 imzanın toplanması labüddür.
Bu gün imza toplanması üçün verilən vaxt başa çatıb.
Qeyd edək ki, CHP-nin keçmiş prezidentliyə namizədi Məhərrəm İncə partiyanın sədri seçilmək üçün qurultay keçirilməsini tələb edirdi.