İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azadlıqda - ƏFV SƏRƏNCAMI
16-03-2019 17:02
Baxış sayı:
22060

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda bir sıra tanınmış şəxslərin də adı var.
Sərəncamla Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, sabiq səhiyyə naziri Əli İnsanov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman, eləcə də Qiyas İbrahimov və Bayram Məmmədov, müsavatçı Əlikram Xurşidov, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov da əfv olunublar.