İlham Əliyev bu şəxslərlə bağlı SƏRƏNCAM İMZALADI

Baxış sayı:
11110

Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar incəsənət xadimi” Maqomedov Cambulat Musayeviç “Əməkdar artist” Hacıyeva Fatimə Taqirovna Xadulayev Mutay Xadulayeviç.