İki qadın futbolçu nişanlandı - FOTO

Baxış sayı:
5686

Qadın futbolunun iki tanınmış siması - Ali Krieger və Eşlin Harris nişanlanıblar.
Muxalifet.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə onlar özləri məlumat veriblər. Homoseksual futbolçular bu ilin son aylarında evlənəcəklər.
Ali Krieger açıqlamasında hər kəsdən dəstək gördüklərini bildirib: "Özümüzə qarşı bu səviyyədə sevgi və dəstək gözləmirdik. Nişanımıza komandamızın bütün üzvləri və azarkeşlər qatıldı. Həqiqətən, hər şey inanılmaz idi".
Həmcinsi olan nişanlısı barədə danışan Ali Krieger "2010-cu ildən birlikdəyib. Eşlinlə evlənməyi çox istəyirəm. Ümid edirəm ki, bizim addımımız bu cür münasibətləri olan digər cütlüklərə də cəsarət verəcək, bunu hər kəsə açıqlaya biləcəklər". 
Qeyd edək ki, 34 yaşlı Ali Krieger və Eşlin Harris ABŞ millisinin üzvüdü. Onlar hazırda "Orlando Pride" klubunda çıxış edirlər.
Bu ABŞ-da qadın idmançılar arasındakı ilk evlilik olmayacaq. 2018-ci ilin sentyabrında xokkeyçi Meqan Duqqan Gillian Appsla evlənmişdi. 2017-ci ildə isə amerikalı xokkey çempionu Julie Çu ilə kanadalı həmkarı Karoline Ouelettenin ilk uşaqları dünyaya gəlib.