İki dəniz təyyarəsi toqquşdu: Çox sayda ölü və yaralı var

Baxış sayı:
4303

 ABŞ-ın Alyaska ştatında gəzinti gəmisinin sərnişinlərini daşıyan iki dəniz təyyarəsinin toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
 
Amerika mətbuatında yer alan xəbərlərə görə, Alyaskanın cənub-şərqində gəzinti gəmisi sərnişinlərini daşıyan iki dəniz təyyarəsi havada toqquşub.
1-i pilot, 4-ü sərnişin olmaqla, 5 nəfərin həlak olduğu və 10 nəfərin yaralandığı qəzada, 1 nəfərdən isə hələ də xəbər alınmır.
Səhiyyə səlahiyyətliləri yaralılardan bir nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib.
Müxalifət.az