​“Hücumda 15 türk hərbi qulluqçusu öldürülüb” – İDDİA

Baxış sayı:
3331

PKK terror təşkilatı Türkiyəylə sərhəd İraqın şimal bölgəsində 15 türk hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.
 
Bu haqda PKK-nın bəyanatına istinadən “Youm7” nəşri bildirib.
 
“Bizim güclərimiz Ərbildən şimalda, Sidkan rayonunun Lilkan hündürlüyündə Türkiyə ordusunun mövqelərinə hücüm edib. Hücumda 15 türk hərbi qulluqçusu öldürülüb”, - nəşr PKK-nın bəyanatından sitat gətirib.