Hərbçiləri daşıyan avtomobil qəzaya uğradı - ÖLƏN VƏ YARALANANLAR VAR

Baxış sayı:
1093

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb.

Hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. 

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.