Hansı ölkə daha firavandır: Azərbaycan, Gürcüstan, yoxsa Ermənistan? - SİYAHI

Baxış sayı:
13699

Dünyanın aparıcı analitik qurumlarında olan Legatum İnstitutu ("The Legatum Institute") 167 ölkəni əhatə edən "firavanlıq indeksi" reytinqini açıqlayıb. Azərbaycan ötən ilki reytinq siyahısı ilə müqayisədə 5 pillə irəliləyərək 92-ci sıraya yüksəlib. Məlumat üçün bildirək ki, Legatum İnstitutu ölkələrin "firavanlıq indeksi" reytinqini müxtəlif meyarlar üzrə müəyyən edir. Bunlar iqtisadiyyat, sahibkarlıq üçün imkanlar, dövlət idarəçiliyi, təhsil, səhiyyə, təhlükəsizlik, insan azadlığı, şəxsi kapital və s. meyarlarıdır. Lakin, maddi rifah və şəxsi zənginlik amilləri əsas meyar kimi götürülür. Azərbaycan "firavanlıq indeksi" reytinqinə görə 167 ölkə arasında təhlükəsizlik üzrə 107-ci, təhsil üzrə 75-ci, səhiyyə üzrə 66-cı, iqtisadiyyat üzrə 94-cü, dövlət idarəçiliyi üzrə 115-ci, insan azadlığı üzrə 152-ci yerdə qərarlaşıb. Region və keçmiş sovet ölkələrinin "firavanlıq indeksi" reytinqindəki mövqeyi son 3 ildə belə olub: 2017 2018 2019 Estoniya 22 22 21 Litva 38 32 33 Latviya 34 35 35 Gürcüstan 61 55 53 Ermənistan 67 68 61 Qazaxıstan 78 66 68 Belarus 80 71 73 Rusiya 82 74 74 Moldova 92 88 81 Qırğızıstan 106 89 88 Türkiyə 77 84 91 Azərbaycan 101 97 92 Ukrayna 86 99 96 Özbəkistan 107 104 103 Türkmənistan 104 109 108 Tacikistan 122 115 114 İran 119 117 119 Onu da bildirib ki, "firavanlıq indeksi" reytinqinə Danimarka başçılıq edir. İlk onluğa həmçinin Norveç, İsveçrə, İsveç, Finlandiya, Niderland, Yeni Zelandiya, Almaniya, Lüksemburq və İslandiya daxildir. Ən aşağı indeksə malik olan dövlətlər sırasında Cənubi Sudan (167-ci yer), Yəmən (166-cı yer), Mərkəzi Afrika Respublikası (165-ci yer), Çad (164-cü yer), Əfqanıstan (163-cü yer), Konqo Respublikası (162-ci yer) yer alıb.//yeniavaz