Gürcüstandakı prezident seçkisi İvanişvili​yə 180 milyona başa gəldi

Baxış sayı:
6355

Gürcüstanın “boz kardinal”ı milyarder Bidzina İvanişvilinin sərvəti 180 milyon dollar azalıb.
Məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, İvanişvili böyük miqdarda itkisinə rəğmən dünyanın ən zəngin insanları reytinqində 25 pillə irəliləyərək 270-ci yerə yüksəlib. Onun sərvətinin hazırda 5,62 milyard dollar təşkil etdiyi bildirilib.
Qeyd edək ki, İvanişvili hazırda Cənubi Qafqazın yeganə rəsmi milyarderidir. O, Gürcüstandakı son prezident seçkisində özünün Gürcü Arzusu Partiyasının mövqelərini itirməməsi üçün xeyli miqdarda vəsait xərcləməli olub./Axar.az