Güneyin bu şəhərləri fəlakətlə üzləşəcək - Açıqlama

Baxış sayı:
6916

İranın Türkmənsəhra və Şiraz, o cümlədən bir sıra şəhər və kəndlərinin dağıdıcı sel fəlakəti ilə üzləşməsindən sonra Güney Azərbaycanın da bir çox şəhərlərinin su altında qalacağı ilə bağlı məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, soyuq hava şəraitinin getdikcə şiddətləndiyini əsas gətirən Azərbaycan əyalətlərinin Böhranı İdarəetmə Mərkəzləri bölgədə yüzlərlə şəhər və kənddə sel təhlükəsinin olduğunu elan edib. Qərbi Azərbaycan və Qəzvin əyalətləri başda olmaqla Şərqi Azərbaycan, Şimali və Rəzəvi Xorasan, Xuzistan, Loristan, Kohkuliyye və Boyr Əhməd, Buşehr, Fars və Hörmüzqan əyalətlərində sel və daşqınların baş verə biləcəyi bildirilib.
İran Meteorologiya Təşkilatı da yaxın günlərdə adı çəkilən əyalətlərdə güclü yağıntıların gözləndiyini açıqlayıb.
Qeyd edək ki, türkmənlərin yaşadığı Türkmənsəhra bölgəsi suyun altında qaldıqdan sonra insanların güzəranı pisləşib. Ardınca Şirazdakı sel fəlakəti isə 60-a yaxın insanın həyatına son qoyub. Bundan sonra Təbriz şəhəri sel fəlakətinə hazırlıq görməyə başlayıb.