Gərginlik: Hindistan tank raketini sınaqdan keçirdi
16-03-2019 20:50
Baxış sayı:
21634
Hindistan öz imkanları ilə inkişaf etdirdiyi tank əleyhinə daşınabilən MPATGM raketini uğurla sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik sınağın cümə axşamı günü baş tutduğunu bildirib.
Raketin kütləvi istehsalının 2021-ci ildə başlayacağı bildirilib.
Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyi 2017-ci ilin sonlarında İsrailin silah şirkəti ilə 500 milyon dollarlıq tank əleyhinə raket sistem ilə bağlı razılaşmanı ləğv edib. Bunun əvəzinə yerli imkanlarla daşınabilən tank əleyhinə raketlərini inkişaf etdirməyə başlayıb.