Gərginlik artır! ABŞ-dan müharibə hazırlığı

Baxış sayı:
4093

 ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranla artan gərginlikdən sonra Yaxın Şərqə "USS Arlinqton" amfibiya döyüş gəmisini və bir “Patriot” hava müdafiə batareyasını sövq etdiyini açıqlayıb.
 
Pentaqondan edilən yazılı açıqlamada, "Müdafiə nazirinin vəkili (Patrik Şanahan) ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) Komandanlığının həftənin əvvəlində tələb etdiyi əlavə hərbi qüvvə tələbatının bir hissəsi kimi, komandanlığın xidmət bölgəsinə “USS Arlinqton” (LPD-24) gəmisi və bir “Patriot” batareyasının göndərilməsini təsdiq edib" ifadələrinə yer verilib.
Bu ünsürlərin də İranın ABŞ-a aid bəzi hədəflərə hücum etməyi planlaşdırdığı iddiaları səbəbilə həftənin əvvəlində regiona göndərilən "USS Abraham Linkoln" Təyyarə Gəmisi Döyüş Qrupu ilə Bombardman Xidmət Gücünə qatılacağı bildirilən açıqlamada, "Müdafiə Nazirliyi İran rejimi, ordusu və dəstəklədikləri qüvvələrin fəaliyyətini yaxından izləyir" deyilib.
Qeyd edək ki, ABŞ həftənin əvvəlində İranı hədəf göstərərək “USS Abraham Linkoln” təyyarə gəmisi ilə 4 nüvə tutumlu B-52 bombardman təyyarələrindən ibarət bir qrupunu Körfəz bölgəsinə sövq etmişdi.
Müxalifət.az