Gəncədə ağır qəza: yaralılar var
25-03-2019 20:05
Baxış sayı:
5185

Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.
Muxalifet.az-ın məlumatına görə, hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.