General-mayor Asəf Quliyevə haqda şok ittihamlar - “DEDİLƏR Kİ, 5 MİN AZN VER, İŞİNƏ BƏRPA OL”

Baxış sayı:
5413

Naxçıvan şəhəri, Kəngərli rayonu, Şahtaxtı kənd sakini  Hacıyev Vüsal İslam oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun işinə haqsız yerə son verilib.
“Mən, Hacıyev Vüsal İslam oğlu, Kəngərli rayon, Şahtaxtı kəndində yaşayıram. 2001-ci ildən müddətdən artıq hərbi xidmətə başladım. 2013-cü ildə 9 may Qələbə günündə, yəni xidmətdə olmayan vaxtda (iş günüm deyildi) dost-tanışlarla toplaşıb, stol arxasında əyləşdik. Stolda içki də var idi. Birdən-birə mübahisə yarandı, yüngülvari dava düşdü.
Bu söz-söhbət hardansa gedib bizim sərhəd divizyasının komandiri general-mayor Asəf Quliyevə çatıb. Çox keçmədən öyrəndim ki, Asəf Quliyev məni və digər yoldaşlarını həmin mübahisəyə görə işdən uzaqlaşdırıb. Əlacsız vəziyyətdə onunla görüşüb, hər şeyi olduğu kimi danışmaq istəsəkdə, buna nail ola bilmədik. Bir müddət keçəndən sonra öyrəndim ki, mənimlə birgə işlərindən azad olunan kadrlar şöbəsinin rəisi mayor Novruzov Vüsal və digərləri 5 min AZN verərək, öz işlərinə geri qayıdıblar. Qəbulda oldum, dərdimi danışdım. Mən də deyildi ki, 5000 AZN ver, sən də işinə qayıt. Maddi imkanım zəif olduğundan, mən o pulu tapıb verə bilmədim və işimdən oldum.
Asəf Quliyev “xidmətə yararsız” kimi işimə son verdi. Hərbi xidmətimlə birgə, 15 illik iş təcrübəm Asəf Quliyin məsuliyyətsizliyi və pulsevərliyi nəticəsində sona çatdı.
Mənim kimi haqsızlığa məruz qalanlar burda çoxdur. Sizin sayt vasitəsilə Prezident İlham Əliyevdən xahiş edirəm, belə məmurların işlərinə son verin, onlar barədə araşdırma aparılmasına göstəriş verin”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.