"Gedib Fədayə ilə görüşəcəm" - Tacir Şahmalıoğlu Fədayənin azadlığa çıxmasından danışdı
30-09-2019 17:27
Baxış sayı:
13144

"Əlbəttə, xəbəri eşitdim, çox sevindim. Gedib onunla görüşəcəm..."
Tanınmış müğənni Tacir Şahmalıoğlu duet ortağı Fədayə Laçının azadlığa çıxması ilə bağlı BiG.AZ- a açıqlama verib. O, Fədayənin həbsə düşməsinə görə çox pis olduğunu bildirib:
"Onunla çörək kəsmişik. Bu hadisə olmamalı idi, balası var. Anası çox əziyyət çəkirdi. Yəni, istər-istəməz insan pis olur. O, səhnəyə qayıdandan sonra yenidən ona dəstək olub yanında olacam".