Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü

Baxış sayı:
2494

Gədəbəy rayon sakini yanaraq ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. Kənd sakini Nazim Vəli oğlu İsgənbdərova məxsus tövlədə yanğın olub. Nəticədə N. İsgəndərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.