"Fransa və İspaniyanı qaz boru kəməri birləşdirəcək" - MAKRON
28-07-2018 10:34
Baxış sayı:
3094

Fransa və İspaniya iki ölkəni birləşdirəcək qaz boru kəməri layihəsini hazırlayacaq.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Biz müvafiq qurumlara yeni qaz boru kəmərləri, xüsusilə də Fransa və İspaniya arasında qaz boru kəmərlərinə dair işləməyə göstəriş verdik”, – Makron bildirib.
O, yeni qaz boru kəmərlərinin Fransa, İspaniya və Portuqaliyada olan kömür elektrik stansiyalarını əvəz edəcəyini əlavə edib.