Fransa prezidenti Ədoğanı Dünya Kubokunun final matçına dəvət etdi

NATO Sammitində Fransa prezidenti Emanuel Makron, prezident Ərdoğanı Rusiyadakı final matçına dəvət edib. Ərdoğan Makrona "Yeni hökumət qurmuşuq, işlərimiz çoxdur" cavabını verib.
24 iyun seçkilərində aldığı seçki zəfərindən sonra NATO Sammitində iştirak edən prezident Rəcəb Tayyib Ərdoğan, bütün diqqətləri üzərinə çəkib.
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ilə olduqca səmimi olduğu müşahidə edilən Ərdoğanın danışıqları sammitin ikinci günündə də davam edib.
RUSİYAYA FİNAL MATÇINA DƏVƏT
MaKron ilə ikitərəfli görüş həyata keçirən Ərdoğan, Rusiyadakı Dünya KubokuNUN final qarşılaşmasına dəvət alıb.
Ərdoğan, Makronun bu dəvətinə qarşılıq," Yeni hökumət qurmuşuq, işimiz çoxdur. Televiziyadan izləyəcəyik" deyərək uğurlar arzulayıb.
Müxalifət.az