​Əfqanıstanda hərbi bazaya hücum: 45 ölü

Baxış sayı:
2269

Taliban qüvvələri Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yerləşən hərbi bazaya hücum ediblər.
Muxalifet.az xəbər verir ki, hücum nəticəsində 45 təhlükəsizlik əməkdaşı öldürülüb.
Məlumata görə, hücum gecə saatlarında baş verib. Öldürülənlərin 35-i hərbi qulluqçu, 10-u isə polis əməkdaşı olub.
Hakimiyyət orqanları hücumla bağlı informasiyanı təsdiqləyib.