​Formula 1 üzrə Macarıstan Qran Prisinin kvalifikasiya yarışının qalibi Luis Hemilton olub

Baxış sayı:
3919

"Mercedes" komandasının ingilis pilot Luis Hemilton "Formula 1" çempionatının 12-ci mərhələsi olan Macarıstan Qran-prisinin kvalifikasiya mərhələsinin qalibi olub. Muxalifet.az xəbər verir ki, güclü yağış yağmasına baxmayaraq, Hamilton 1 dəqiqə 35.658 saniyə ilə "Hungaroring" avtodromunda ən yaxşı dövrəsini keçib. Qalibdən azacıq geri qalan Valtteri Bottas (+0,260 saniyə) ikinci, finlandiyalı Kimi Raykonen (+0,528 saniyə) 3-cü, alman Sebastian Fettel (+0,552 saniyə) isə (hər ikisi "Ferrari" komandasının üzvü) dördüncü olub. "Williams" komandasının rusiyalı pilotu Sergey Sirotkin seçmə mərhələdə ikinci seqmentə daxil ola bilməyib və bazar günü keçiriləcək əsas yarışı 20-ci sırada başlayacaq.