​FİFA İngiltərə və Xorvatiyanı cərimələdi

Baxış sayı:
1459

FİFA İntizam Komitəsi DÇ-2018-in oyunları zamanı media marketinq qaydalarını pozduğuna görə Xorvatiya və İsveç milliləri ilə bağlı qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, İsveç Futbol Federasiyası 50 min isveçrə frankı məbləğində cərimələnib. Buna səbəb milli komandanın futbolçusunun 1/4 finalda İngiltərəyə 0:2 hesabı ilə məğlub olduqları oyunda ticarət markası göstərməsidir.
Eyni cəza Xorvatiyaya da verilib. Yarımfinal matçının əlavə vaxtında İngiltərəni 2:1 hesabı ilə üstələyən komanda futbolçusunun üzərində ticarət markası olduğuna görə cəzalandırılıb.